Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) – Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin dövlət başçısı olduğu dövrkü fəaliyyətinin bir sıra aspektlərini əhatə edən qısametrajlı sənədli film.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə çəkilmiş filmdə Azərbaycan Respublikası Dövlət Kino-Foto sənədlər arxivinin və Azərbaycan Dövlət Televiziyasının materiallarından istifadə edilmişdir
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Aydın Dadaşov
Rejissor: Eldar Quliyev
Operatorlar: Köçəri Məmmədov, Orxan Dadaşov
Montaj rejissoru: İqbal Məmmədəliyev
Musiqi tərtibatı: Rauf Əliyev
İcraçı prodüserlər: Kamil Məmmədov, Vladimir Dudniçenko
Prodüser: Tofiq Məmmədov
Musiqilərindən istifadə edilən bəstəkar: Vaqif Mustafazadə
=== Filmdə iştirak edənlər ===
Sahib Ələkbərov (Bakı Şəhəri Səbayel Rayon İcra Hakimiyyətinin başçısı)
Elmar Məmmədyarov (Azərbaycan Respublikasının Xarici İşlər Naziri)
Ötkəm İsgəndərov (Azərbaycan Respublikasının Əməkdar artisti)
Nazim Səmədzadə ("AzəriQaz" QSC-nin sədr müavini)
Məhəmməd Həziyev (Kənd təsərrüfatı elmləri namizədi)
Rövşən Xəlilov (Fizika-riyaziyyat elmləri doktoru, professor)
Murad Adıgözəlzadə (Beynəlxalq müsabiqələr laureatı, Əməkdar İncəsənət Xadimi)
Samir Hüseynov (Pekin universitetinin beynəlxalq əlaqələr fakültəsinin aspirantı)
Aynur Sofiyeva (Azərbaycan Şahmat Federasiyasının prezidenti, beynəlxalq qrosmeyster)
Namiq Abdullayev (Olimpiya çempionu)
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.